Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən 5 saylı Bakı DOST Mərkəzinin təşkili üçün əlavə mal-material və avadanlıqların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Sücayət Əliyeva (0125255026 #9034)
İştirak haqqı : 250 (iki yüz əlli) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; (Hüquqi sənədlərin orginalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
- Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin təsdiq olunmuş surətinin təqdim olunması tələb olunur. Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır). (Surət təqdim edildiyi halda notarial təsdiqli olmalıdır)
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı: (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
- Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
- Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; (Rəhbər şəxsin təyin olunması barədə əmr və ya qərarın surəti PDF formatında yerləşdirilməlidir)
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir; Tender elanından sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir);
- İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış (məhkumluq ilə bağlı) təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınır).
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığın, təcrübənin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər, büdcə və ya fərdi sahibkarlarla müqavilələrin (müqavilələrin ödəniş və təhvil-təslim sənədləri ilə birlikdə) surətləri təqdim edilməlidir).
Satınalma predmeti üzrə xidmətlər Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 31 ünvanında həyata keçiriləcəkdir. Müqavilənin icrası 2 ay ərzində (sifariş verildiyi tarixdən gec olmayaraq) başa çatdırılmalıdır.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.02.2023-cü il saat 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 27.02.2023-cü il 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 28.02.2023-cü il saat 17:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.