Asan Aç

Satınalmalar

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi təkliflər sorğusuna dəvət edir

6 aprel 2023

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, "DOST" mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini qapalı zərfdə, imzalanıb və möhürlənərək DOST Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanındakı ofisinə təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Aysel Ilyasova  (0125255026 #9234)

 

  İştirak haqqı : 200 (iki yüz) manat

 

Satınalan təşkilat:

VÖEN:

Bank:

Kod:

Müxbir Hesabı:

VÖEN:

SWIFT

H/hesabı:

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi

1305817761

Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filialı

805562

AZ03NABZ01350100000000002944

9900001881

IBAZAZ2X

AZ59IBAZ38090019446221732216

 

  İştirak haqqı heç bir halda geri qaytarılmır.

 


      İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; (Hüquqi sənədlərin orginalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
  2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin təsdiq olunmuş surətinin təqdim olunması tələb olunur. Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır). (Surət təqdim edildiyi halda notarial təsdiqli olmalıdır)
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı: (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).
  7. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
  8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; (Rəhbər şəxsin təyin olunması barədə əmr və ya qərarın surəti PDF formatında yerləşdirilməlidir)
  9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması,  müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir; Tender elanından sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir);
  10. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış (məhkumluq ilə bağlı) təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınır).
  1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə   əsasən Auditor xidməti ilə məşğul olmaq üçün lisenziya təqdim edilməlidir(sənədin əsli   skan edilməli və pdf formatında yerləşdirilməlidir);
  2. Auditorun peşə məsuliyyətinin sığortası şəhadətnaməsi.

 

 

            Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları Satınalan Təşkilata ünvanlaya bilərlər. Satınalma proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə  və qiymət təklifi ilə bank təminatına dair sənədləri 20.04.2023-cü il saat 15:00 təqdim etməlidirlər. İddiaçıların təklifləri 25.04.2023-cü il saat 15:00 tarixində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86) açılacaqdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi