Asan Aç

Satınalmalar

Yanğın əleyhinə mühafizə sistemlərinə göstəriləcək illik periodik servis xidmətlərinin kotirovka sorğusu

17 noyabr 2020

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Agentliyin inzibati binasında yanğın əleyhinə mühafizə sistemlərinə göstəriləcək illik periodik servis xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 24 noyabr 2020-ci il saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26) Zərflər 25 noyabr 2020-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları Bakı DOST Agentliyinin AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi