Asan Aç

Satınalmalar

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi açıq tenderə dəvət edir

23 noyabr 2023

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Camal Nəhmətov  (0125255026 #91035)

 

  İştirak haqqı : Lot üzrə 450 ( dörd yüz əlli ) manat

 

  İştirak haqqı heç bir halda geri qaytarılmır.



      İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Hüquqi sənədlərin orginalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.);
  2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır);
  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin təsdiq olunmuş surətinin təqdim olunması tələb olunur. Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. Onlayn alınmış sənədlər notarial təsdiq olunmalı, əks təqdirdə aidiyyatı qurumun imza və möhürü ilə təsdiq olunmalıdır);
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
  7. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Arayış Dövlət Statistika Komitəsindən alınmalıdır və son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir. Həmçinin, arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
  8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Rəhbər şəxsin təyin olunması barədə əmr və ya qərarın surəti PDF formatında yerləşdirilməlidir);
  9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Yüklülük arayışı satınalma elanının yerləşdirildiyi tarixdən sonra verilmiş olmalıdır. Həmçinin, arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
  10. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Müsabiqənin elan tarixindən sonrakı tarixə arayış (məhkumluq ilə bağlı) təqdim edilməli, sənədin originalı PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınır);
  11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığın, təcrübənin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər, büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri təqdim edilməlidir).

 

            Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14.12.2023-cü il saat 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.12.2023-cü il 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 25.12.2023-cü il saat 17:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.  

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi