Asan Aç

Satınalmalar

2 saylı Bakı DOST Mərkəzi əməkdaşlarının test müayinəsindən keçirilməsi işlərinin kotirovka sorğusu

17 dekabr 2020

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə əməkdaşların test müayinəsindən keçirilməsi işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 23 dekabr 2020-ci il saat 18:00-dək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26, daxili 9234) Zərflər 24 dekabr 2020-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları 2 saylı Bakı DOST mərkəzinin AZ1044 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi