Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi inzibati binada yanğın söndürmə balonlarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 24 dekabr 2020-ci il saat 18:00-dək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26, daxili 9234) Zərflər 25 dekabr 2020-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.
Maraqlananlar müvafiq məlumatları 2 saylı Bakı DOST mərkəzinin AZ1044 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi