Asan Aç

Satınalmalar

Agentlikdə və “DOST” Mərkəzlərində tibbi profilaktik işlərin davam etməsi məqsədilə gigiyenik əlcək və antiseptik vasitələrin kotirovka sorğusu üsulu ilə satın alınması

24 fevral 2021

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Agentlikdə və “DOST” Mərkəzlərində tibbi profilaktik işlərin davam etməsi məqsədilə gigiyenik əlcək və antiseptik vasitələrin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 04 mart 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26) Zərflər 05 mart 2021-ci il saat 14:30-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları Bakı DOST Agentliyinin AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi