Asan Aç

Satınalmalar

Kotirovka sorğusu

10 mart 2021

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi inzibati binanın isitmə, soyutma və havalandırma sistemlərinə göstəriləcək periodik texniki servis xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 18 mart 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26, daxili 9234)

Zərflər 19 mart 2021-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları 2 saylı Bakı DOST mərkəzinin AZ1044 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi