Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Könüllü DOST” proqramı üçün promo məhsulların kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 13 aprel 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-26, daxili 9234)
Zərflər 14 aprel 2021-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.
Maraqlananlar müvafiq məlumatları Agentliyin Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi