Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi üçün dezinfeksiya işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 14 sentyabr 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 31-03 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-95/ dax 9613) Zərflər 15 sentyabr 2021-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.
Maraqlananlar müvafiq məlumatları 4 saylı Bakı DOST mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 31-03 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi