Satınalmalar

Dezinfeksiya işlərinin kotirovka sorğusu üsulu ilə satın alınması

31 avqust 2021

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi üçün dezinfeksiya işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 15 sentyabr 2021-ci il saat 18:00-dək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27  ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-27/ dax 90211)  Zərflər 16 sentyabr 2021-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları 6 saylı DOST mərkəzinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi