Satınalmalar

Əməkdaşların test müayinəsindən keçirilməsi işlərinin kotirovka sorğusu

13 oktyabr 2021

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Bakı DOST Mərkəzi COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə əməkdaşların test müayinəsindən keçirilməsi işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) digər zəruri sənədlər 27 oktyabr 2021-ci il saat 18:00-dək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27 ünvanında yerləşən ofisinə təqdim olunmalıdır. (telefon: 012 525-50-27, daxili 90211) Zərflər 28 oktyabr 2021-ci il saat 11:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları 6 saylı Bakı DOST mərkəzinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilər.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi