Asan Aç

Satınalmalar

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi təkliflər sorğusuna dəvət edir

12 noyabr 2021

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Bərdə DOST Mərkəzinin və Bərdə Peşə Hazırlığı mərkəzinin tikintisi və müxtəlif təchizatı işlərinin satın alınması

Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs – Sücayət Əliyeva  (0125255026 # 9034)

  İştirak haqqı :                   Lot üzrə 900 (doqquz yüz) manat

 

Satınalan təşkilat:

VÖEN:

Bank:

Kod:

Müxbir Hesabı:

VÖEN:

SWIFT

H/hesabı:

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi

1305817761

Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filialı

805562

AZ03NABZ01350100000000002944

9900001881

IBAZAZ2X

AZ59IBAZ38090019446221732216

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


      İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  2. Qiymət təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  3. Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin təminatının qüvvədə olma müddəti qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); elandan sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir
  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il üzrə);
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); elandan sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir
  7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığın, təcrübənin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri)
  8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
  9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  10. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
  1. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (texniki tapşırında tələb olunan bütün sahələr üzrə).

 

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları Satınalan Təşkilata ünvanlaya bilərlər. Satınalma proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə  və qiymət təklifi ilə bank təminatına dair sənədləri 26.11.2021-ci il saat 16:00 təqdim etməlidirlər. İddiaçıların təklifləri 29.11.2021-ci il saat 16:00 tarixində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86) açılacaqdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi