Rusiya Federasiyanın Stavropol şəhərində “Rusiya və Azərbaycan gənclərinin IV təşəbbüskarlıq forumu” keçirilib. Müxtəlif dövlət qurumları və gənclər təşkilatlarından ibarət 50 nəfərlik nümayəndə heyətinin təmsil olunduğu tədbirdə DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova da iştirak edib.
3 gün davam edən forumda müxtəlif sessiyalar, plenar müzakirələr və şəbəkələşmə görüşləri həyata keçirilib. Tədbir çərçivəsində DOST Agentliyində könüllülərlə iş istiqamətində görülən işlər və qazanılan uğurlar barədə forum iştirakçılarına ətraflı məlumat verilib.
Forumun keçirilməsində əsas məqsəd gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi