Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

11 iyun 2024, 15:20
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formada baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda “DOST” mərkəzləri tərəfindən səyyar xidmətlərin göstərilməsinə dair və “DOST” mərkəzləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsinə dair prosedurlar yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib. Görüşdə “DOST” mərkəzlərinin 2024-cü ilin may ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi