Dubayın İcma İnkişafı Qurumunun Baş direktoru 5 saylı DOST Mərkəzi ilə tanış olub

12 iyun 2024, 11:16
A+ A-
Dubayın İcma İnkişafı Qurumunun Baş direktoru 5 saylı DOST Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Dubayın İcma İnkişafı Qurumunun Baş direktoru xanım Hessa Bint Essa Buhumaid 5 saylı DOST Mərkəzində olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Mərkəzləri barədə qonağa məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonağı DOST Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlərlə tanış edib.

Daha sonra DOST konsepsiyasına dair təqdimat edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi