Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

13 iyun 2024, 15:24
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub. Agentliyinin inzibati binasında baş tutan tədbirdə Komissiya üzvləri UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanovla görüşüb.

Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair qısa məlumatlar təqdim olunub. Bu ilin mart ayında Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair, eyni zamanda alternativ hesabatların dinlənilməsi və müzakirəsi zamanı ortaya çıxan məsələlər, erkən əlillik, uşaq inkişafı xidməti, cəmiyyətin bütün sahələrində əlilliyə sosial yanaşma və s. kimi mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Həmçinin UNİCEF tərəfindən əldə olan mövcud standartların Komissiyaya təqdim edilməsi və Komissiyanın digər üzvlərinin iştirakı ilə növbəti görüşün keçirilməsi planlaşdırılıb. Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi