DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri üçün yoqa üzrə ustad dərsləri keçirilib. 21 iyun Beynəlxalq Yoqa Günü ilə əlaqədar keçirilən tədbir “Könüllü Klubları” layihəsinin “Sağlam Həyat” klubu çərçivəsində baş tutub.
Ustad dərslərində gənc könüllülərlə yanaşı “Gümüşü DOST” altproqramının üzvləri də iştirak edib.
Qeyd edək ki, “Sağlam Həyat” klubunun əsas məqsədi könüllülərin sağlam inkişafına, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək göstərməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi