Özbəkistan nümayəndə heyətinə DOST təcrübəsi barədə məlumat verilib

24 iyun 2024, 15:35
A+ A-
Özbəkistan nümayəndə heyətinə DOST təcrübəsi barədə məlumat verilib

Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndələri DOST təcrübəsi ilə tanış olublar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” imzalanan Anlaşma Memorandumu çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə “DOST Çağrı Mərkəzi” 142 MMC-də görüş keçirilib.

Görüşdə Özbəkistanın Milli Sosial Müdafiə Agentliyinin İT şöbənin rəhbəri Rustam Karimov, İT Mərkəz rəhbəri vəzifəsini müvəqqəti icra edən Sanjar Tursunov və Çağrı Mərkəzinin rəhbəri Gülnoza Abducabbarovnaya ölkəmizdə sosial sahədə “bir pəncərə” modelinin tətbiqi ilə bağlı DOST təcrübəsinin öyrənilməsi istiqamətində xidmətlərin təşkilinin informasiya təminatı ilə bağlı məlumat verilib. Qonaqlar həmçinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və DOST Çağrı Mərkəzi 142-nin fəaliyyəti ilə yerində tanış olublar.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi