DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

27 iyun 2024, 16:26
A+ A-
DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

DOST Agentliyinin nümayəndə heyəti Avropa Sosial Şəbəkəsinin (European Social Network - ESN) “32-ci Avropa Sosial Konfransı”nda iştirak edir. Belçika Krallığının Antverpen şəhərində “Gələcək sosial xidmətlərin yaradılmasında əməkdaşlıq” istiqaməti üzrə keçirilən konfransda nümayəndə heyəti müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə bir sıra işgüzar görüşlər keçiriblər. Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, eyni zamanda “bir pəncərə” prinsipi ilə göstərilən xidmətlər, elektronlaşma və s. istiqamətlər üzrə məlumat veriblər.

Konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin Direktorlar Şurasının Avropa Sosial Şəbəkəsinin üzvlərinə təqdimatı da baş tutub. DOST Agentliyinin İdarə Heyətinin sədir Fərid Məmmədov bu təqdimatda DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi, iş prinsipi, eləcə də Azərbaycanda həyata keçirilən sosial islahatlar haqqında məlumat verib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2023-cü ilin noyabr ayından Avropa Sosial Şəbəkəsinin Himayədarlar Şurasının üzvüdür.

Qeyd edək ki, Avropa Sosial Şəbəkəsinin “32-ci Avropa Sosial Konfransı” 26-28 iyun tarixlərində keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi