DOST Agentliyinin İdarə Heyətinin sədri Avropa Sosial Şəbəkəsinin rəhbərliyi ilə görüş keçirib

28 iyun 2024, 09:44
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin sədri Avropa Sosial Şəbəkəsinin rəhbərliyi ilə görüş keçirib

DOST Agentliyinin nümayəndə heyəti Belçikanın Antverpen şəhərində keçirilən “32-ci Avropa Sosial Konfransı”nda təmsil olunur.

Konfrans çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet və qurumun baş icraçı direktoru Alfonso Lara-Montero ilə görüşü baş tutub.

Tədbirdə DOST Agentliyinin fəaliyyəti, son dövrlərdə Agentlikdə həyata keçirilən yeniliklər barədə məlumat verilib. Görüşdə həmçinin DOST təcrübəsinin Avropa Sosial Şəbəkəsinin platforması vasitəsilə üzv ölkələrə ötürülməsi, DOST Agentliyinin həyata keçirdiyi layihələrə ən yaxşı təcrübə kimi Avropa Sosial Şəbəkəsi tərəfindən baxılması üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, 26-28 iyun tarixlərində Belçika Krallığının Antverpen şəhərində Avropa Sosial Şəbəkəsinin “32-ci Avropa Sosial Konfransı” keçirilir. “Gələcək sosial xidmətlərin yaradılmasında əməkdaşlıq” mövzusunda keçirilən konfransda DOST Agentliyinin nümayəndə heyəti də iştirak edir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi