Avropa Sosial Şəbəkəsinin Belçika Krallığının Antverpen şəhərində baş tutan “32-ci Avropa Sosial Konfransı” çərçivəsində keçirilən Təcrübə sərgisində DOST Agentliyinin “DOST İndeks” metodologiyası ilə bağlı təqdimatı böyük maraqla qarşılanıb. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Böyük Britaniya, Fransa, Belçika, Niderland, Ukrayna və digər ölkələrdən olan təmsilçilərə “DOST İndeks” barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə DOST Agentliyi ilə yanaşı Sosial Xidmətlər Agentliyinin rəhbərliyi də iştirak edib.
Qeyd edək ki, 26-28 iyun tarixlərində Belçika Krallığının Antverpen şəhərində Avropa Sosial Şəbəkəsinin “32-ci Avropa Sosial Konfransı” keçirilir. “Gələcək sosial xidmətlərin yaradılmasında əməkdaşlıq” mövzusunda keçirilən konfransda DOST Agentliyinin nümayəndə heyəti də iştirak edir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi