Asan Aç

“İnklüzivlik ayı” çərçivəsində rəsm və keramika üzrə ustad dərsləri keçirilib

2 iyul 2024, 11:08
A+ A-
“İnklüzivlik ayı” çərçivəsində rəsm və keramika üzrə ustad dərsləri keçirilib

DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində rəsm və keramika üzrə ustad dərsləri keçirilib.

“Art & Creativity Club”da keçirilən rəsm üzrə ustad dərslərdə daun və autizm sindromlu şəxslər öz bacarıqlarını nümayiş etdirib, müxtəlif mövzularda rəsmlər çəkiblər.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan tədbirdə isə Könüllü DOSTlarımız daun və autizm sindromlu şəxslərlə birlikdə keramikadan müxtəlif məhsullar hazırlayıblar.

Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “ŞAH&mat” klubu, “Art&Creativity Club”, “Natavan Gallery&Club”-ın sponsorluğu, Bakı Konqres Mərkəzi, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi