Asan Aç

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

3 iyul 2024, 16:53
A+ A-
Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.

Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə indiyədək 750-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Məntəqədə əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir.

Eyni zamanda, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Ötən dövrdə “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərə 300-dən çox reabilitasiya vasitəsi də verilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi