Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

9 iyul 2024, 12:53
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formada baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının əsasnaməsi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. Görüşdə “Vətəndaş məmnunluğunun ölçülməsinə dair prosedur”, həmçinin “Məlumatların idarə edilməsi və təhlilinə dair prosedur”un, eləcə də "DOST Çağrı Mərkəzi 142-də işə qəbula dair prosedur"un təsdiq edilməsi müzakirə edilib.

Daha sonra “DOST” mərkəzlərinin 2024-cü ilin iyun ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi