Asan Aç

Qazaxıstanın Ali Auditor Palatasının sədri 5 saylı Bakı DOST Mərkəzində olub

Qazaxıstanın Ali Auditor Palatasının sədri 5 saylı Bakı DOST Mərkəzində olub

Qazaxıstan Respublikasının Ali Auditor Palatasının sədri Alixan Smailov 5 saylı Bakı DOST Mərkəzində olub. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov onu müşayiət edib. Əvvəlcə qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Daha sonra qanaqlara DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb. Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyət göstərəcək. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Ali Auditor Palatasının sədri Alixan Smailov “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın müddəalarının icrası ilə əlaqədar 10-12 iyul 2023-cü il tarixləri arasında ölkəmizə səfərdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi