Asan Aç

DOST Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin Məşğulluq şöbəsinin müdiri Murad Məhəmmədiyevin başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.

Daha sonra nümayəndə heyəti ilə görüş olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

DOST konsepsiyası və elektron xidmətlərə dair təqdimat edilib. DOST mərkəzlərində 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti ilə bağlı da təqdimat keçirilib. Əmək və Məşğulluq Altsistemi, onun vətəndaşlar üçün açdığı imkanları və prinsipləri barədə qonaqlara ətraflı məlumat verilib.

Özbəkistan nümayəndə heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi