Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev DOST Agentliyində olub

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev DOST Agentliyində olub
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev və səfirin iqtisadi məsələlər üzrə müşaviri Oleh Klinçenko DOST Agentliyində olublar.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.
 
Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi yeniliklər diqqətə çatdırılıb.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
 
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.
 
Görüş zamanı 2 ölkə arasında sosial sahədə əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi