Asan Aç

Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib

16 avqust 2024, 16:59
A+ A-
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov həqiqi hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinənin keçirildiyi Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçiriblər.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzi çağırışçıların əyani müayinəsinin aparılması üçün müasir tibbi avadanlıqlarla təchiz edilib.

S.Babayev və M.İbrahimov Mərkəzdə yaradılmış şəraiti, aparılan müayinə prosesini nəzərdən keçiriblər.

Qeyd olunub ki, Mərkəzi Hərbi-Həkim Komissiyasının çağırışçıya dair rəyi təsdiq edildikdən sonra çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş daxil edilir. Göndərişə əsasən çağırışçılar təyin edilmiş e-növbəlilik əsasında Mərkəzdə əyani müayinələrdən keçirilir.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, bu il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Qeyd olunan dövrədək müvafiq qanunvericilik təkmilləşdirilməklə, yekun tibbi müayinənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

“Tibbi şəhadətləndirmə” altsistemi yaradılmaqla, onun Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər müvafiq qurumların informasiya bazaları ilə inteqrasiyası təmin olunub.

Yekun tibbi müayinələrin aidiyyəti qurumlar, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə iş şəraitində şəffaf, çevik və obyektiv şəkildə keçirildiyi vurğulanıb.

Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi