DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

19 avqust 2024, 16:34
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda Vətəndaşların qəbuluna dair tələblər yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.

Daha sonra “DOST” mərkəzlərinin 2024-cü ilin iyul ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi