Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatı 2024” (Human Capital Management Excellence Awards 2024) beynəlxalq müsabiqəsinin qalibi olub.
DOST Agentliyi “Ən yaxşı sosial təsir” kateqoriyasında İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb.
"Brandon Hall Group" tərəfindən təşkil olunan müsabiqəyə "Könüllü DOST" proqramının sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri istiqamətlərində DOST xidmətlərinin idarəolunmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasına yönləndirmə təcrübəsi təqdim olunub.
Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi 2025-ci ilin 28-30 yanvar tarixlərində ABŞ-nin Florida ştatının Uest Palm Biç şəhərində baş tutacaq. “HCM Mükəmməllik Konfransı 2025”in (HCM Excellence Conference 2025) qala tədbirində ekspert və idarəçilər, media nümayəndələri, eləcə də müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak edəcək.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi