DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

12 sentyabr 2024, 12:25
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə gündəlikdə olan məsələlər müzakirə olunub.

İclasda “DOST” sistemində “DOST Çağrı Mərkəzi 142” MMC-nin qarşılıqlı fəaliyyətinin tənzimlənməsinə dair Reqlament sənədinin müzakirəsi aparılıb. Həmçinin “DOST” mərkəzlərinin 2024-cü ilin avqust ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabat İdarə Heyətinə təqdim olunub.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi