DOST Agentliyi 15 Sentyabr Bilik Günü ilə əlaqədar “DOST Sevinci” layihəsini həyata keçirib. Layihə çərçivəsində müxtəlif meyarlar nəzərə alınmaqla Masallı rayonu üzrə 2, Yardımlı rayonu üzrə 8 məktəbdə 200-ə yaxın ibtidai sinif şagirdlərinə məktəb ləvazimatları və bir sıra geyim əşyaları təqdim edilib. Layihə “Könüllü DOST” proqramının təşkilatçılığı, “Premium Bank” ASC və “SUPERTOYS” MMC-nin dəstəyi, “LİBRAFF” kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilib.
Qeyd edək ki, layihə Agentliyin “Təşkilati dəyərlər və mədəniyyətin möhkəmləndirilməsi üzrə tədbirlər planı”nın “Korporativ sosial məsuliyyətliliyin artırılması və asudə vaxtın səmərəli təşkili” istiqamətinə uyğun olaraq “Korporativ DOST” altproqramı çərçivəsində təşkil edilib. Layihənin məqsədi ölkədə, xüsusilə dövlət qurumları arasında korporativ sosial məsuliyyətliliyin inkişaf etdirilməsi, əməkdaşların və könüllülərin ictimai-sosial məsuliyyətliliyinin artırılması, əməkdaşlar arasında komanda ruhunun yüksəldilməsi, işgüzar münasibətlərlə yanaşı dostluq və yoldaşlıq münasibətlərinin formalaşdırılması, rayon ictimaiyyətinə “DOST” konsepsiyası ilə bağlı ilkin məlumat verilməsi, eləcə də məktəbliləri, xüsusilə birinci sinifə başlayan uşaqları sevindirmək və onlara təhsilin önəmini aşılamaq olub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi