Asan Aç

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsaiti köçürdü

23 aprel 2020, 16:30
A+ A-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsaiti köçürdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan  daha 30 min nəfəri üçün birdəfəlik  ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürdü.

Birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Həmin şəxslər  bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə  66,5 milyon manat vəsait ödənilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi