DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
Görüşdə “İnformasiya müyəssərliyi” mövzusunda müzakirələr aparılıb. İştirakçılar tərəfindən televiziyalarda işarə dilinin təmin edilməsi, əlilliyi olan şəxslərin informasiyaya çıxışının təmin edilməsi və s. istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi