Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda İnsan resurslarının idarə edilməsi prosedurunun qüvvədən salınması, eləcə də Xaric olan sənəd və müraciətlərin idarə olunmasına dair prosedurun təsdiq edilməsi məsələsinə baxılıb.
Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi