Asan Aç

Ahılların peşəkar həkim və təlimçilərlə görüşü təşkil edilib

1 oktyabr 2024, 18:09
A+ A-
Ahılların peşəkar həkim və təlimçilərlə görüşü təşkil edilib

DOST mərkəzləri tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən şəxslər üçün “Yaşlılarda qidalanma və sağlam həyat tərzi” mövzusunda peşəkar həkim və təlimçilərlə görüş təşkil edilib. Tədbir DOST Agentliyi və Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının (ANDOP) təşkilatçılığı ilə 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar keçirilib.

Məqsəd evdə (səyyar) sosial xidmət göstərilən və müxtəlif xəstəliklərdən əziyyət çəkən ahıl vətəndaşlara düzgün qidalanma haqqında faydalı məlumatlar vermək, onlara sağlam həyat tərzini aşılamaqdır.

Görüşdə ahıl vətəndaşların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin bu istiqamətdə müxtəlif tövsiyələr verilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi