DOST Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş olub

Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkovun başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev DOST konsepsiyası barədə qonaqlara məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 160 növ xidmət göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.

Görüşdə DOST Agentliyinin, eləcə də DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi vasitəsi ilə reallaşdırılan elektron xidmətlərinə dair təqdimatlar edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi