Asan Aç

Ölkəmizdə səfərdə olan “URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri Kemi Seba 1 saylı DOST Mərkəzində olub

5 oktyabr 2024, 11:52
A+ A-
Ölkəmizdə səfərdə olan “URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri Kemi Seba 1 saylı DOST Mərkəzində olub

Ölkəmizdə səfərdə olan “URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri jurnalist Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri barədə məlumat verib. 

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında  DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin açıldığı bildirilib. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 160 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. 

DOST Agentliyinin beynəlxalq uğurları da qeyd olunub. K.Seba mərkəzdəki xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi ilə tanış olub. Daha sonra DOST konsepsiyasına dair təqdimat edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi