Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda DOST Agentliyi, həmçinin “DOST Çağrı Mərkəzi 142” MMC-nin fəaliyyətinə dair prosedur və reqlamentlər təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.
Görüşdə DOST mərkəzlərinin 2024-cü ilin sentyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabat təqdim olunub.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi