DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun ailəsini ziyarət edib.
Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olan Şixamir Qaflanov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bir qız övladı yadigar qalan şəhidimizin ailəsi dövlət tərəfindən mənzillə təmin edilib, həmçinin digər sosial dəstək tədbirləri ilə əhatə olunub.
Ailə ilə görüşdə Şixamir Qaflanovun şərəfli döyüş yolundan bəhs olunub, xatirəsi anılıb. Seymur Alıyev şəhid ailələri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, şəhidimizin ailəsinin bundan sonra da daim sosial dəstək tədbirləri ilə əhatə olunacağını qeyd edib.
Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını bildirib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi