5 saylı Bakı DOST Mərkəzinin əməkdaşları 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid Rüstəm Rüstəmovun valideyni, evdə (səyyar) sosial xidmət göstərilən Zemfira Rüstəmovanı evində ziyarət ediblər.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu, şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığı qeyd edilib. Şəhid Rüstəm Rüstəmovun keçdiyi döyüş yolu xatırlanıb, göstərdiyi igidliklərdən bəhs olunub.
Zemfira xanım ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Nəsimi rayon sakini Zemfira Rüstəmovaya ötən ildən 5 saylı Bakı DOST Mərkəzi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi