Asan Aç

DOST Agentliyində İctimai şura üzvləri ilə görüş keçirilib

DOST Agentliyində İctimai şura üzvləri ilə görüş keçirilib

DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şura üzvlərinə Agentlikdəki yeniliklər barədə məlumat verib. O bildirib ki, DOST Agentliyi ötən gün Portuqaliyada Avropa Sosial Şəbəkəsinin “European Social Services Awards – 2024” (ESSA 2024) müsabiqəsinin qalibi olub. Bu mükafat DOST Agentliyinin Avropa Sosial Şəbəkəsi tərəfindən layiq görüldüyü 2-ci, ümumilikdə isə 27-ci beynəlxalq mükafatdır.

Görüşdə həmçinin ötən dövrdə DOST mərkəzlərinə müraciət edən vətəndaşların sayının 3 milyonu ötdüyü qeyd olunub. DOST xidmətləri şəbəkəsinin genişlənməsi və müraciət sayının artmasına baxmayaraq, vətəndaş məmnunluğu 98,1% təşkil edir.

Fərid Məmmədov DOST mərkəzləri tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, DOST konsepsiyasının digər beynəlxalq uğurları və s. yenilikləri İctimai şura üzvlərinin diqqətinə çatdırıb.

İctimai şuranın sədri Elşad Məmmədov Nazirliyin və tabeli qurumların vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi diqqət yetirməsindən məmnunluğunu bildirib. O, həmçinin şuranın fəaliyyəti barədə məlumat verib, bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə həyata keçirilən sosial islahatlar, sosial dəstək tədbirləri və gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb, İctimai şuranın üzvlərinin təklifləri dinlənilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi