DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Azər Əliyev şəhid Xəzər Zamanovun ailəsini ziyarət edib.
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanov Silahlı Qüvvələrimiz tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bir qız övladı yadigar qalan şəhidimizin ailəsi dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub.
Azər Əliyev şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını bildirib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi