DOST Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən seminarda iştirak edib. 21-22 noyabr tarixlərində “Avropada xidmətlərin göstərilməsi və texnoloji yeniliklər” mövzusunda baş tutan seminarda DOST Agentliyini DOST Xidmətləri departamentinin müdir müavini Natiq Qaçayev təmsil edib. Seminar Beynəlxalq Sosial Təminat Assosiyasiyası (ISSA) və Türkiyə Sosial Müdafiə Təşkilatı (Sosyal Güvenlik Kurumu) tərəfindən təşkil edilib.
Seminar çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş spikerlər sosial müdafiə sahəsində xidmətlərin avtomatlaşdırılması və proaktiv xidmətlərlə bağlı müsbət təcrübələr barədə məlumatlar təqdim ediblər.
Seminarda müxtəlif ölkələrin qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi