Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formada baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda bir neçə prosedur sənədi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. DOST Çağrı Mərkəzi 142 tərəfindən təqdim edilən daha iki sənəd layihəsi isə müzakirəyə çıxarılıb. Daha sonra DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi