Asan Aç

DOST Agentliyi beynəlxalq vebinarda təmsil olunub

2 dekabr 2024, 11:49
A+ A-
DOST Agentliyi beynəlxalq vebinarda təmsil olunub

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Agentliyin digər rəhbər şəxsləri beynəlxalq vebinarda iştirak ediblər.

Görüşdə Fərid Məmmədov DOST konsepsiyası barədə məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 160 növ xidmət göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyət göstərəcək.

Vebinar zamanı DOST Agentliyinin timsalında rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, əhaliyə sosial xidmətlərin göstərilməsinin optimallaşdırılması üçün innovativ həllərin tətbiqi, rəqəmsal transformasiya və innovasiya imkanlarından istifadə etmək səylərinin davamlı mexanizmlərə çevrilməsi məsələləri müzakirə edilib.

Vebinarda Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan pensiya fondları və pensiya siyasəti məsələləri ilə məşğul olan dövlət qurumlarını təmsil edən nümayəndələr, eləcə də Uruqvay, Kanada, BƏT-in baş ofisi və regiondan olan yüksək səviyyəli mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, vebinar Beynəlxalq Əmək Təşkilatının (BƏT) Turin Beynəlxalq Tədris Mərkəzi tərəfindən BƏT-in Cenevrədəki baş qərargahı, Layiqli Əmək üzrə Texniki Yardım Qrupu, BƏT-in Moskvadakı Şərqi Avropa və Mərkəzi Asiya Ofisi, eləcə də Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə birgə təşkil olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi