DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin növbəti görüşü baş tutub.
Layihə çərçivəsində icra olunan Tələbələrin Akselerasiya Proqramının seçilmiş benefisiarları üçün “Fairmont Baku” hotelində praktiki təlim keçirilib. İştirakçılar bələdçilərin dəstəyi ilə otelin arxa və ön ofislərində iş prosesi ilə yaxından tanış edilib və müxtəlif iş fəaliyyətlərinə cəlb olunublar.
Sonda hotelin baş direktoru Corc Qançev aktiv iştiraka görə benefisiarlara təşəkkür edib, onları maraqlandıran sualları cavablandırıb.
“Fairmont Baku” ilə əməkdaşlıq çərçivəsində layihə benefisiarlarına peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin texniki sahələr üzrə təcrübə proqramlarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından icrasına başlanılan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir.
Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnmələrinə, müvafiq təcrübə və məşğulluq imkanlarının artırılmasına dəstək verməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi