Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Ruanda Respublikasının İnkişaf Şurasının Baş İcraçı Direktorunun müavini Juliana Muganzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlar üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib
Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Sosial sahədə icra olunan elektronlaşdırma proqramının nailiyyətləri diqqətə çatdırılıb.
Qeyd olunan sahələrdə Ruandanın müvafiq qurumları ilə təcrübə mübadilələri aparılmasına hazır olduğumuz qeyd edilib.
J.Muqanza ölkəmizə səfər etmələrindən məmnunluğunu ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi