Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Malayziyanın Scicon (MSC) Berhad şirkətinin Baş icraçı direktoru Leo Ariayanayakamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Nümayəndə heyəti ilə görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov elektron xidmətlərlə bağlı təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə dövlət sosial xidmətlərinin elektron müstəvidə, həmçinin proaktiv qaydada, vətəndaş məmnunluğuna uyğun qurulması üçün aparılan işlər, bu sahədə əldə olunan nailiyyətlər əksini tapıb.
Görüşdə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi